Millinews.az – Ağcabədidə sanitar qaydaları pozan ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədidə sanitar qaydalara əməl etməyən ət satışı məntəqələrində yoxlama keçirilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, daxil olan vətəndaş müraciətinə əsasən, Ağcabədi rayonunun N.Abdullayev küçəsində yerləşən, fiziki şəxs Hüseynov Bəxtiyar Eldar oğluna və rayonun Ü.Hacıbəyli küçəsində yerləşən, fiziki şəxs Xasıyev Elçin Əlizamin oğluna məxsus ət satışı məntəqələrində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Baxış zamanı məntəqələrin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsulları üzrə gigiyena qaydalarına əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib.
Faktlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib, qanunvericiliyin tələblərinə uyğun olaraq məntəqələrin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.