Maqazin
Müğənni kimi toylara gedirdim – Elgiz
Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə diqqət çəkib.
O, illər əvvəl müğənni Xatirə İslam ilə oxuduğu mahnıdan 58 min manat qazandığını açıqlayıb. Bu barədə Əkbər “Elgizlə izlə” verilişində danışıb.
“Baxmayaraq ki, mən müğənni deyiləm, mən də müğənnilikdən qazanmışam. Xatirə aparırdı, hərdən özüm tək gedirdim. O vaxt maşınım çox zəif idi. O mahnıdan mən bir dənə qəşəng “Porsche” aldım. Bir mahnı ilə 58 min manat qazanmışdım. 2-3 dənə mahnı da oxudum, amma onlar tutmadı. Sonra daha oxumadım”, – deyə, o, söyləyib.