Xəbərlər

Krımda Rusiyanın iki desant kateri zərərsizləşdirildi


Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Krımın Çernomorsk qəsəbəsində 2 desant katerini zərərsizləşdirib.

Millinews.az “Gordonua”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov bildirib.

Onun sözlərinə görə, itkilərin sayı dəqiqləşdirilir.

Məhv edilən qayıq Rusiyanın yüksək sürətli desant gəmiləri seriyasındandır. Onlar təchiz olunmamış sahilə enmək və ya oradan ümumi çəkisi 45 tona qədər olan döyüş sursatı, təkərli və başqa hərbi texnikanı, habelə 30 düyün yüksək sürətli silahlarla (92 nəfərlik heyəti) qabaqcıl eniş bölmələrini çıxarmaq üçün nəzərdə tutulub. Sürəti 55 km/saatdan çox, uzunluğu 25,8 m, eni 5,8 m-dir.

Rusiya 1993-cü ildə “Serna” tipli qayıqlar istehsal etməyə başlayıb. Hazırda ölkə 16 belə qayığa malikdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu