Xəbərlər

Dünya iqtisadiyyatı “qızır”: Vəziyyətdən çıxış yolu nədir?


“Dünyanın inkişaf etmiş ölkələrində 10- 12 ildən bir müəyyən çökmələr, krizislər, durğunluqlar baş verir. Bu təbiidir, çünki iqtisadiyyat davamlı olaraq qıza, inkişaf edə bilməz. Məhz bu səbəbdən bir çox hallarda tənzimlənən böhranların şahidi oluruq”.

Bu fikirləri Millinews.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. Dünya bank sistemində makroiqtisadi göstəricilər pisləşdikdə hansı qoruyucu mexanizmlər işə düşdüyü sualına cavab verən eskpert vurğuladı ki, bu halda iqtisadiyyatda soyuma prosesi başlayır:

“Hər bir ölkənin özünəməxsus iqtisadi konyukturası var. Məsələn, əgər dünya bazarında neftin qiyməti düşərsə bizim yenidən ciddi qayğılarımız formalaşa bilər. Bu qayğılar bank sektoruna da təsir edir. Düzgün stress test aparılarsa, risklər davamlı olaraq ölçülərsə, bir sıra gözlənilən problemləri öncədən aşkar etmək mümkün olur. Əlbəttə burada gözlənilməyən risklər kateqoriyası da mövcuddur ki, bu başqa bir mövzudur. Lakin, gözlənilməz risklərin də özləri üçün də rezervlərin ayrılması və risklərin yumşaldılması qaydaları mövcuddur. Hər hansı bir bankda bu gün mövcud olmayan problemlər, makroiqtisadi təlatümlər və yaxud neft qiymətlərində və valyuta daxilolmalarında azalmalar baş verdikdə və yaxud devalvasiya təhlükəsi yarandıqda real sektor və bank-maliyyə sektoru üçün hansı daha ciddi təzyiq formalaşdıra bilər onu müəyyən etmək mümkündür”.

cbc168da99 31158390155859502047996138449550081484277232n

Təzyiqdən dolayı yaranan zərərin düzgün hesablanmasınıəsas şərtlərdən hesab edən Elman Sadıqov bildirdi ki, devalvasiya zamanı faktiki zərər öncədən gözlənilən zərərdən çox olur:

“Bu zərər kumulyativ xaraktlerli olur və qarşısı alınmadıqda getdikcə artır. Hazırda müsbət tərəflər də çoxdur. Bunlardan biri də, bank sektorunun bu gün kifayət qədər yüksək kapital adekvatlığı, dayanıqlığının olmasıdır. Hətta bu adekvatlıq əmsalları bəzi Avropa ölkələrinin banklarından da yüksəkdir.

Diqqət yetirilməli əsas məsələ bank sektorunun son dörd-beş il ərzində ümumdaxili məhsulun, başqa sözlə desək iqtisadiyyatın artım tempindən geridə qalmasıdır. Bunun bir neçə obyektiv və subyektiv səbəbləri var. Rusiya Ukrayna müharibəsi nəticəsində qazın qiyməti artdı. Bizim qaz gəlirlərimiz çoxaldı. Neftin gündəlik orta qiymətləri stabil olaraq yüksək oldu. Nəticədə, bizim 130 milyard manat üzərində ümum daxili məhsulumuz formalaşdı. Bank sektorunda isə bu temp aşağı oldu və ÜDM ilə bank sektorunun böyüklüyü arasında qəp yarandı. İlk baxışda bu qəp real sektorun xeyrinə görünsə də, neft və qaz amilini nəzərə almalıyıq. Nəticədə paradoksal vəziyyət yaranır”.

Elman Sadıqov vurğuladı ki, iqtisadi artım tempi bank sektorunda süstlük formalaşdırır, istehlak kreditləri isə borclanmanı artıraraq qeyri-neft sektoru, o cümlədən xidmət sektorunun növbəti illərdə inkişafını ləngidə biləcək risklər formalaşdırır:

“Bir tərəfdən bu sektorların kreditləşməsi zəifdir, digər tərəfdən əhali qazancının bir hissəsini kredit ödənişlərinə yönəltdiyi üçün pulun iqtisadiyyatda dövriyyəsi zəifləyir. Geniş və dərin məsələdir, düşünürəm ki, qeyd etdiklərim müəyyən təsəvvürlər formalaşdırdı. Hər bir halda bu gün bank sektoru iqtisadiyyatla paralel addımlaya bilməsə də, iqtisadi imkanlardan maksimum istifadə etməyə çalışaraq real sektorla sinerji yaratması çox önəmlidir”.

Gülbəniz Hüseynli / Millinews.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu