Oqtay Şirəliyevin klinikası BAĞLANIR
İcbari Tibbi Sığortanın tətbiqindən sonra bir sıra özəl klinikalarda pasiyent çatışmazlığı yaranıb. Bu da tibb ocaqlarında maliyyə böhranına səbəb olub. Ona görə bir sıra böyük klinikaların fəaliyyətinin dayandırılacağı gözlənilir.
Millinews.az Medicina.az-a istinadla onların bəzilərinin adlarını təqdim edir:
– Xətai Tibb Mərkəzi yaxın günlərdə fəaliyyətini dayandıracağı gözlənilir.
– Avrasiya Hospitalı demək olar ki, əvvəlki fəaliyyətinin 90 faizini yerinə yetirmir.
– Borcla yüklənən və ağır duruma düşən klinikalardan biri də Respublika Diaqnostika Mərkəzidir (RDM).
Məsələ ilə bağlı Xətai Tibb Mərkəzi müraciəti başqa nömrəyə yönəltsə də, cavab verən olmayıb.
RDM keçmiş səhiyyə naziri Oqtay Şirəliyevə məxsusdur. O, ötən ilin fevral ayında bu xəstəxananı öz adına keçirmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.