Xəbərlər
ATƏT-in xarici işlər nazirləri bu şəhərdə görüşəcək
Noyabrın 30-dan dekabrın 1-dək Skopyedə ATƏT ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Millinews.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
ATƏT-in 57 ölkəsinin xarici işlər nazirlərinin illik görüşü Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in sədri vəzifəsini icra edən Buyar Osmaninin dəvəti ilə baş tutacaq.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Moskva da görüşə hazırlaşır.