Xəbərlər

Ermənistan rəsmi olaraq təsdiqlədi – Putin Ermənistana səfər edərsə həbs olunacaq


Ermənistan prezidenti Vaaqn Xaçatryan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiqləyib.

Millinews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumat üçün bildirək ki, Roma statunun tələbinə görə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə həbs olunmalıdır.

Qeyd edək ki, oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu ratifikasiya edib. Rəsmi Moskva bu addımı düşmənlik əlaməti kimi qiymətləndirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu