ÜST koronavirusla bağlı çağırış etdi: NƏZARƏTİ GÜCLƏNDİRİN
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe koronavirus kimi yeni pandemiyaların qarşısını almaq üçün ölkələri daha güclü tədbirlər görməyə dəvət edib.
Millinews.az xarici mətbuata istinadən xəbər verir ki, o, Astanada ÜST Avropa Komitəsinin 73-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında bildirib ki, ölkələr buna hazır olmalıdırlar.
“Bütün ölkələr nəzarət və tədbirləri gücləndirməlidir. Biz narahatıq ki, bir çox ölkələrdə nəzarət səviyyəsi aşağı düşür. Biz bunu artırmalıyıq. Suya nəzarət etməliyik, havanın keyfiyyəti ilə bağlı yaxşı iş görməliyik. Əlbəttə ki, nə vaxtsa ikinci pandemiyanın (COVID-19 kimi) olması mümkündür. Məsələ harada və nə vaxt deyil, biz bu dəfə daha yaxşı hazırlaşırıq?”, – Kluqe jurnalistlərlə söhbətində deyib.
O, eyni zamanda əmin olduğunu bildirib ki, dünya koronavirus pandemiyası ilə müqayisədə bu dəfə belə vəziyyətlərə daha yaxşı hazırdır. Kluqe diaqnostika, müalicə və peyvənd sahəsində ölkələr arasında həmrəyliyin və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Aytən Məftun