Xəbərlər

Şuşada işlə təmin olunan sakinlərin sayı açıqlandı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi keçmiş məcburi köçkün olan 73 nəfər şuşalını doğma torpağında işlə təmin edib.

Nazirlikdən Millinews.az-a verilən məlumata görə, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışır.

Həmçinin Şuşaya qayıdacaq şəxslərlə bağlı da aidiyyəti işlərin görülməsinə başlanılıb. 8 mindən çox ailənin 29 mindən çox üzvünün sosial-demoqrafik, məşğulluq üzrə təhlilləri, məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb.

Eyni zamanda Şuşada fəaliyyət göstərən işəgötürənlərlə də əməkdaşlıq edilir. Artıq 90-adək müəssisənin işçi qüvvəsinə ehtiyacları və vakansiya tələbləri öyrənilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu