Xəbərlər
Maşın almaq üçün Polşaya gedən azərbaycanlı ÖLDÜRÜLDÜ
Polşada Marneuli bələdiyyəsinin Sabirkənd sakini 40 yaşlı Famil Musayev qətlə yetirilib.
Millinews.az xəbər verir ki, F.Musayev oktyabrın 20-də öldürülüb.
Bildirilir ki, sözügedən şəxs bir müddət bundan öncə Polşaya avtomobil gətirmək məqsədi ilə gedib. Hadisənin hansı zəmində və kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma başladılıb. Hazırda F.Musayevin cənazəsinin Gürcüstana gətirilməsi üçün işlər aparılır.