Xəbərlər

PSJ-də Mbappenin yox, onun formasını alırlar

Kilian Mbappe PSJ-də artıq komandanın ən populyar futbolçusu deyil.

Millinews.az xəbər verir ki, bu barədə Fransız jurnalist Abdellah Boulman məlumat yayıb.

Onun sözlərinə görə, artıq parislilərin ən populyar oyunçusu Li Kanq-İndir. Paytaxt təmsilçisinin azarkeşləri artıq onun formalarını alırlar. Mbappe isə ikinci sıradadır. O, cənubi koreyalı futbolçudan bir qədər geri qalır.

Qeyd edək ki, Li bu yay “Malyorka”dan 22 milyon avroya PSJ-yə transfer edilib. Asiya Oyunlarında iştirak etdiyi üçün indiyədək Fransa çempionatında cəmi 2 oyun keçirib.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu