Xəbərlər

Qəzza zolağından 8 azərbaycanlı çıxarıldı


Qəzza bölgəsində bir neçə gün əvvəl bir gün ərzində 8 nəfər azərbaycanlı təxliyyə olunub.

Millinews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

O qeyd edib ki, İsraildən vətəndaşların evakuasiyası nəzərdə tutulmur.

“Evakuasiya ilə bağlı müraciətlər daxil olmur. Qaynar xəttə müraciətlər cüzidir”, – deyə A. Hacızadə əlavə edib.

Qeyd edək ki, təxminən 5 gün əvvəl 8 azərbaycanlının Qəzza zolağından çıxarılacağı ilə bağlı XİN Trend-in sorğusuna cavabında bildirmişdi.

Xatırladaq ki, Qəzza zolağının Sərhəd Mühafizəsi noyabrın 2-də Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcək təxminən 600 nəfərin adı olan siyahı dərc edib. Siyahıda dərc edilən 596 xarici vətəndaşın 400-ü ABŞ vətəndaşıdır. Siyahıda, həmçinin, Azərbaycan, Belçika, Bəhreyn, Niderland, Macarıstan, İsveçrə və Cənubi Koreya vətəndaşları da var.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu