Payızda xəstələnməmək üçün hər gün bu 3 qidanı yeyin
Payızda hər insanın gündəlik rasionuna bu 3 tərəvəz mütləq daxil edilməlidir: çuğundur, kələm, pomidor, tomat.
Millinews.az medicina.az-a istinadən xəbər verir ki, dietoloq Tatyana Meşeryakova çuğunduru payız neməti adlandırıb.
“Soyuq aylarda həftədə ən azı 500 qram çuğundur müntəzəm yeyilməlidir.
Çuğunduru təzə şəkildə və ya azca qaynadıb yeyə bilərsiz. Çuğundurun iri yarpaqları da yeyilə bilər. Çuğundur dəmir, kaliy, yod, vitamin və antioksidant mənbəyidir.
Çuğundur salatı və ya şirəsi təzyiqdə dərmandır, həzmi yaxşılaşdırır, qan dövranını artırır, qaraciyəri təmizləyir.
Payızda kələm, turp, yer dombalanı kimi tərəvləzlərdən salatlar, şorbalar yeyin. Onlar immun sistemi gücləndirir. Çalışın təzə tərəvəzlərdən istifadə edəsiz. Bu tərəvəzlərdən salatlara mayonez əlavə etməyin”.