Rəqəmlədən ibarət deyilik, hekayəmiz var
21 yaşlı fələstinli Suad Alsbax ömrünü Qəzzada blokada altında keçirib. 2 ildir ki, ölkəsi Fələstindən uzaqda, Antalyada təhsil alır.
Millinews.az xəbər verir ki, onun ailəsi 75 il əvvəl Nəkbədən, böyük fəlakətdən qaçaraq Qəzzaya sığınıb. İndi yenə vəhşiliklə üzləşiblər. Nəkbədə 700 mindən çox fələstinli öz torpaqlarından didərgin düşüb, minlərlə insan öldürülüb. 21 yaşlı fələstinli Suad Əlsbaxinin ailəsi soyqırımdan sağ çıxıb Qəzzaya sığınanlardandır. İllər sonra yenə də oxşar fəlakətlə üzləşiblər.
Fələstinli Suad Alsbax əvvəl yaşadığı şəhərin adının Aşdod olduğunu bildirib:
“Bu şəhər Fələstinin digər tərəfindədir, amma 1948-ci ildəki hadisələrdən sonra ailəm başqa təhlükəsiz yer axtarırdı. Ona görə də Qəzzaya gəldik. İndi də Qəzzada bizi öldürürlər. 2 il əvvəl Türkiyəyə gəlmişəm. Ailəmin hekayəsi bir çox fələstinli ailələrə bənzəyir. Yenidən azadlığa qovuşacağı günü gözləyirlər. Bir neçə gün əvvəl ad günüm idi. Anam doğum günümü bombardmanların kölgəsində, sığındığı yardım təşkilatında qeyd edib”.
Qəzzada qalan ailəsi Suada vida mesajı göndərib.
“Atam deyir ki, Suad məktəbə fikir versin, dərslərə getsin ki, yaxşı oxusun. Əgər sonuncu dəfə görüşürüksə, özünə yaxşı bax və məni xatırla. Çünki biz rəqəmlərdən ibarət deyilik. Hekayəmizi paylaşın”, – Suda bildirib.
Suad Alsbaxinin indi bir arzusu var. Yaxşı jurnalist olmaq və Fələstində baş verənləri dünyaya çatdırmaq.
Aysel Şahmar