Xəbərlər

Dağıstanda GƏRGİNLİK: xüsusi təyinatlılar hava limanına yeridildi

f20d78a5 3e69 3d49 a38b bcfbbd508275 850 (1)

Dağıstanın paytaxtı Mahaçqalada hava limanı iğtişaşlar səbəbindən bağlanıb.

Millinews.az xəbər verir ki, bu barədə “Gazeta” məlumat yayıb.

Bildirilib ki, kişilərdən ibarət izdihamı uçuş-enmə zolağına çıxıb, sərnişinlər arasında İsrail vətəndaşlarını tapmağa çalışırlar.

Məlumatına görə, Nijnevartovsk və Moskvadan gələn təyyarələr də hava limanının üstündə səmada gözləyirlər. Ola bilsin ki, aeroport rəsmiləri təyyarələri qonşu Rusiya respublikalarının hava limanlarına eniş üçün yönləndirməyə qərar versinlər.

Oktyabrın 29-da günortadan sonra təhlükəsizlik qüvvələri Mahaçqala hava limanında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini elan ediblər .

Lakin işçilər yəhudiləri müəyyən etmək üçün gələn sərnişinlərin sənədlərinin yoxlanmasına müdaxilə etməyiblər. Toplananlar Qəzza zolağının atəşə tutulması səbəbindən İsraildən gələn qaçqınlara icazə verməyəcəklərini bildiriblər.

Dağıstanın milli siyasət naziri Enrik Müslümov və gənclərlə iş üzrə naziri Kamil Saidov da izdihamın yaşandığı Mahaçqala hava limanına gəliblər.

Rusiya Qvardiyasının əsgərləri və polis xüsusi təyinatlıları hava limanına daxil olub. Buna səbəb yüzlərlə etirazçının hava limanının binasına daxil olaraq uçuş-enmə zolağına çıxmasıdır.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu