Xəbərlər

Çe Gevaranın “şanslı” alışqanı bu qiymətə satışa çıxarıldı

İrlandiyanın “Gormleys” hərrac evi Ernesto Çe Gevaraya məxsus “şanslı” alışqanı satışa çıxaracaq.

Millinews.az xəbər verir ki, lotun təxmini qiyməti 1,5-2 min funt sterlinqdir.

Hərrac evinin məlumatına görə, İrlandiyada qohumluq əlaqələri olan inqilabçı, 1965-ci ildə Praqa-Havana reysi ilə uçan təyyarənin mühərrikində yaranan problemlərə görə Şannon şəhərinə enib.

Orada Çe Gevara rüsumsuz zonadan alışqan alıb və o vaxtdan onu “şanslı” adlandırıb. Afrikadakı uğursuz üsyan kampaniyasından sonra onu Fidel Kastronun məşuqəsi Nati Revueltaya verib.

Hərracın bu il noyabrın 14-də keçiriləcəyi gözlənilir.

ce gevara

Tural

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu