Xəbərlər
İndoneziyada güclü ZƏLZƏLƏ
İndoneziyada 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Millinews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 282 min nəfər əhalisi olan Kupanq şəhərindən 5 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 39 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.