Gələn ilin təhsil xərcləri AÇIQLANDI
Növbəti il üzrə təhsil xərclərinə 4549,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2 faiz çoxdur.
Millinews.az xəbər verir ki, bu barədə 2024-cü ilin Dövlət büdcəsinin zərfində qeyd edilib.
Təhsil xərcləri üçün ayrılmış vəsaitin 2372 milyon manatı və ya 52,1 faizi ümumi təhsil xərclərinin, 603,6 milyon manatı və ya 13,3 faizi ali təhsil və dövlət sifarişi ilə ali təhsilini maliyyələşdirilməsinə, 453 milyon manatı və ya 10 faizi məktəbəqədər təhsil xərclərinə, 101,1 milyon manatı və ya 2,2 faizi orta ixtisas təhsil xərclərinə, 77,1 milyon manatı və ya 1,7 faizi peşə təhsil xərclərinə, 86,3 milyon manatı və ya 1,9 faizi məktəbdənkənar təhsil müəssisələrin xərclərinə, 28,3 milyon manatı və ya 0,6 faizi əlavə təhsil və tədqiqatlar, 828,5 milyon manatı və ya 18,2 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclərə yönəldilməsi üçün nəzərdə tutulub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.