Xəbərlər

Baş katib böyükhesablı məğlubiyyət barədə: “Bəzi həndbolçularımız zədəli meydançaya çıxmışdılar”

“Bəzi həndbolçularımız zədəyə görə bu görüşdə iştirak edə bilmədilər. Meydançaya zədəli çıxanlar da var idi”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Həndbol Federasiyasının baş katibi Yusif Atakişiyev qadınlardan ibarət millinin səfərdə Şimali Makedoniyaya 17:40 hesabı ilə uduzduğu Avropa çempionatının seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.

Funksioner matçların təqvimindən də şikayətlənib: “Qarşılaşmanın bu vaxta təsadüf etməsi də məğlubiyyətə əsas səbəblərdən biridir. Avropada çempionatlar avqustda start götürüb, bizdə noyabrda başlayacaq. Buna görə həndbolçular tam hazır deyillər. Bir həftə əvvəl avrokubok oyunları da var idi. Yığma üzvlərinin əksəriyyəti “Qarabağ” və “Azəryol” komandalarında çıxış edir. İki nəfər isə “Kür”dən cəlb edilib. Oyunçular avrokuboklardan sonra tam bərpa oluna bilməyiblər”.

Federasiya rəsmisi oktyabrın 14-də, II turda Bakıda İspaniya millisinə qarşı keçiriləcək matça da toxunub: “Real danışmaq lazımdır. Onlar qrupun lideri olacaq. Bizi çətin qarşılaşma gözləyir. Amma evdə oynadığımız üçün yaxşı çıxış etməyə çalışacağıq”.

Baş katib qrupdan çıxmaq üçün mübarizə aparacaqlarını söyləyib: “Şimali Makedoniyanı Bakıda uda bilərik. Həmin ərəfədəki oyunlardan gözləntilərimiz çoxdur. Hər şey ola bilər. Birinci yeri tutmaq çətin məsələdir. İspaniya reytinqə görə ilk “10-luq”dadır. İkinci yer uğrunda Litva və Şimali Makedoniya ilə yanaşı, biz də mübarizə aparacağıq”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu