Xəbərlər

BMT TŞ-yə rəhbərlik Çinə keçdi

3d5861ea b2aa 31d9 84da f21adcceb9ab 850

BMT Təhlükəsizlik Şurasına rəhbərlik Braziliyadan Çin Xalq Respublikasına keçib.

Millinews.az xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Szyun BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə noyabr ayı ərzindəki iş proqramını təqdim edib.

Səfir bildirib ki, ay ərzində əsas hədəf Yaxın Şərqdə müharibənin dayandırılması və Qəzzada atəşkəsin bərpa olunmasını təmin etməkdir:

“İsrail və Fələstin münaqişəsi BMT TŞ-nin əsas gündəmi olacaq və bununla bağlı bölgədən gələn xəbərlərə əsaslanaraq fəaliyyətimizi davam etdirəcəyik. Bizim tək məqsədimiz birlikdə fəaliyyəti təmin etməklə bölgədə sülhə nail olmaqdır. Bununla yanaşı, Liviya və Əfqənistanla bağlı məsələlər gündəmdə olacaq. Şura mütləq şəkildə Ukraynadakı vəziyyəti diqqətdə saxlayacaq”.

Ç.Szyun BMT-nin sülhməramlı missiyalarının mandatı ilə bağlı məsələnin də TŞ-nin gündəmində müzakirə olunacağını bildirib: “BMT-nin sülhməramlı missiyalarının mandatı ilə bağlı bəzi problemlərlə üz-üzəyik. Cənubi Afrikada bu missiyalarının əməliyyatlarının dayandırılması tələb olunur. Bu zəmində bütün məsələlər TŞ-nin diqqətindədir”.

Səfir ABŞ və Çin münasibətlərindən də söz açıb, iki ölkə arasında münasibətlərin düzgün istiqamətə qaytarılması üçün birgə səylərin fəaliyyətləri gücləndirdiyini bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu