Xəbərlər

Şahzadə Nəvafdan Neymar və Jesus barədə açıqlama


“Əl Hilal” klubunun fəxri üzvü Şahzadə Nəvaf baş məşqçi Jorge Jesus və braziliyalı ulduz futbolçu Neymar haqqında açıqlamalar verib.

Millinews.az xəbər verir ki, Şahzadə Nəvaf bildirib ki, 2019-cu ildə baş məşqçi Xorxe Jesusun klubdan göndərilməsi fəlakətli qərar idi. Nəvafın sözlərinə görə, Jesus uğur qazansa da, klubdan göndərilib. Şahzadə Nəvaf Neymarın kapitan seçilməməsi ilə bağlı suala da cavab verib.

“Bir komandanın kapitanı o komandanın ən yaşlı oyunçusudur. Kriştiano Ronaldonun “Əl Nəssr”də kapitan seçilməsi normaldır. Əgər o, “Əl Hilal”da olsaydı , kapitanımız olardı. Lakin Neymar komandamızın ən yaşlı oyunçusu deyil. Ona görə də onun kapitan olmaması normal qarşılanmalıdır”.

Qeyd edək ki, Jorje Jesus bu il yenidən “Əl-Hilal”ın baş məşqçisi seçilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu