Ölkə

İlk dəfə idi ki, xaricə işləməyə gedirdi – Qəzada sağ qalan 24 yaşlı Həbibin anası

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na aid qəzayə uğrayan təyyarənin sərnişinlər arasında olanlardan biri də Ağdaşın Ərəb kənd sakini 24 yaşlı İsmayılov Həbib İbrahim oğludur.

Dünən səhər saatlarında Həbibin anası oğlu ilə uçuşdan əvvəl danışdığını deyib:

“Hər şeyin yaxşı olduğunu bildirdi. Birinci dəfə idi ki, xaricə işləməyə gedirdi. Dostları bir müddət əvvəl zəng etmişdilər ki, “yaxşı iş var, gəl”, o da getdi. Sonra mənə hadisə ilə bağlı zəng edildi, ondan sonra məlumatım oldu.

Qardaşını bu gün Bakıya çağırdılar, analiz götürmək üçün o da getdi. İki oğlum var, Həbib böyük oğlumdur, həm də subaydır.

Bu günə olan məlumata əsasən,o sağdır və yaralılar arasındadır”.

Ətraflı videomaterialda:

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu