İşdən çıxarılan icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Firdovsi Şahmirzə oğlu Əliyev gəlib.
Millinews.az xəbər verir ki, Qocayev Alı İbrahim oğlu 27 iyul 1947 ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub.
Orta təhsilini doğulduğu kənddə alıb. 1965-ci ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsinin axşam şöbəsinə daxil olmuş, 1974-cü ildə həmin institutu bitirərək, elektromexanik – mühəndisi ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə isə 1966-cı ildə Bakı Radio zavodunda elektrik montyoru kimi başlayıb. 1968-1992-ci illərdə Bakı Su Kəməri İstehsalat İdarəsində elektrik montyoru, sex rəisi, Bakı şəhəri Sunasos Stansiyaları və Su Anbarları idarəsinin baş mühəndisi və sonra həmin idarənin rəisi vəzifələrdə çalışıb, 1992-1997-ci illərdə Bakı Su Kəməri İstehsalat İdarəsinin rəisi vəzifəsində işləyib.
1974-75-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub.
1997-2000-ci illərdə Abşeron Regional Su Cəmiyyətinin vitse-prezidenti , 2000-2004-cü illərdə Bakı şəhər İcra Hakimiyyti Bakı Kanalizasiya İstehsalat Birliyinin Baş direktoru, 2004 – 2005-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti vəzifələrində işləyib.
2005-ci ildən üetibarən 7 il müddətində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
18 aprel 2012-ci ildə isə Samux rayon İcra Hakmiyyətinin başçısı təyin edilib.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir.Üç övladı , yeddi nəvəsi var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.