Xəbərlər

Mutu “Neftçi”dən göndərilir? – Klubdan açıqlama


“Neftçi”nin prezidenti Fərrux Mahmudov əsas komandanın hazırkı çıxışı haqda danışıb.

Millinews.az xəbər verir ki, o, bu gün jurnalistlərə açıqlamasında baş məşqçi Adrian Mutu və futbolçulara inandıqlarını söyləyib. Liderdən cəmi 5 xal geridə olduqlarını bildirən F.Mahmudov əsas mübarizənin hələ irəlidə olduğunu qeyd edib. O, azarkeşlərin “Neftçi”ni daim zirvədə görmək istədiklərini söyləyib. Klub rəhbəri fanatları səbrli olmağa çağırıb: “Nəticələr zamanla gələcək. İnanıram ki, layiq olduğumuz yeri tutacağıq”.

F.Mahmudov baş məşqçiləri Andrian Mutuya dəstək olduqlarını bildirib: “Şayiələr yayılıb ki, biz Mutunu göndərmək istəyirik. Bu, düzgün deyil. Biz baş məşqçimizin arxasında dayanmışıq, ona inanırıq və sonadək də inanacağıq”.

O, klubun yeni bazasının nə vaxt hazır olacağı barədə sualı da cavablandırıb: “Bu baza bizim üçün prioritet işlərdən biridir. Artıq bir neçə şirkətlə danışmışıq. Onlardan cavab gözləyirik ki, bazanın hazır olması nə qədər vaxt və nə qədər maliyyə aparacaq. Bu suallara cavab verildikdən sonra öz planımızı quracağıq”.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 10 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu