Ərdoğan: “HƏMAS terror təşkilatı deyil”
“HƏMAS terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan bir azadlıq, mücahid qruplaşmasıdır”.
Millinews.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bunu Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında deyib.
“İndi mən buradan İsrailə və dünyaya səslənirəm. Görüşlər keçirirlər. Son görüşlərində yenidən bir araya gəldilər, bütün Qərb HƏMAS-ı terror təşkilatı kimi görür. Mən indi buradan deyirən. Ey İsrail, sən bir təşkilat ola bilərsən. Bu Qərbin sizə çox borcu var. Amma Türkiyənin sizə heç bir borcu yoxdur. HƏMAS terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan bir azadlıq, mücahid qruplaşmasıdır”, – deyə Ərdoğan vurğulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.