Xəbərlər

İsrail-HƏMAS savaşı Azərbaycan-Türkiyə münasibətlərinə təsir göstərə bilər?


“Azərbaycanın Fələstin-HƏMAS qarşıdurmasına münasibəti obyektivdir. Bir çox amilləri nəzərə alaraq düzgün mövqe tutan Azərbaycanın bu siyasətinin ətrafında, kimlərsə Azərbaycana qarşı xələl gətirəcək təşəbbüs göstərməməlidir”.

Bu fikirləri Millinews.az-a Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı deyib. Yaxın Şərqdə yaşanan gərginliyin Azərbaycan-Türkiyə münasibətlərinə təsirləri barədə danışan siyasətçi vurğuladı ki, bu məsələdə Azərbaycan dövləti maraqlarına uyğun olaraq mövqe tutur:

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

“Türkiyənin mövqeyində müəyyən məsələlər var ki, son illərdə özünü göstərirdi. Doğrudur, Türkiyə və Azərbaycan əksər məsələlərdə bir prizmadan çıxış edirlər, amma bir çox məsələlərdə bir-birini başa düşür və fərqli mövqe tuturlar. Məsələn, Kosovo və Şimali Kipr məsələsində Türkiyə aydın şəkildə Azərbaycanın mövqeyi başa düşürdü. Ümumiyyətlə, hər şey müəyyən bir dövr, şərait daxilində baş verən müəyyən amillərlə bağlıdır. Ona görə iki dövlət arasında heç kəs münasibətləri gərginləşdirə, sui-istifadə edə bilməz”.

Hazırda iki ölkə arasında gərginliyə əsas verəcək heç bir əlamətin olmadığını deyən ekspert xatırlatdı ki, son günlərdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın fəal şəkildə Cənubi Qafqazdakı vəziyətlə bağlı danışıqlar aparması bu münasibətlərin inkişafından xəbər verir:

“Görüşlər daxilində ayrı-ayrı dövlətlərin başçıları, xarici işlər nazirləri ilə müəyyən müzakirələr oldu. Eyni zamanda, Türkiyədə olan Avropa İttifaqı ölkələrinin səfirləri ilə bağlı toplantı keçirildi. Türkiyə bütün məsələlərdə Azərbaycanın mövqeyində olubdur və bu gün də həmin xətt davam edir. Doğrudur, kimlərsə Türkiyə-Azərbaycan münasibətlərinə xələl gəlməsini istəyir, amma bu münasibətlər çox sınaqlardan keçib. Hazırda iki dövlət arasında elə bir yaxınlıq var ki, onlar bir-birlərini başa düşərək hərəkət edirlər. Kimlərinsə qardaşlıq münasibətlərinə müdaxilə etməsi, əsassız bir iddialar ortaya qoymasına ehtiyac yoxdur”.

Gülbəniz Hüseynli / Millinews.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu