Maraqlı
“Gucci”nin erməni modeli terror təşkilatına qoşulub
Dünyaca məşhur geyim və aksessuar markası “Gucci”nin simalarından biri olan 23 yaşlı erməni model Armine Harutyunyan “VoMa” terror təşkilatına qoşulub.
Millinews türk mediasına istinadən xəbər verir ki, bu barədə model terror təşkilatının kanalına müsahibəsi zamanı deyib.
Qeyd olunub ki, Harutyunyan silahla atış məşqlərinə başlayıb. O, müsahibəsində “VoMa”nın Azərbaycana hücum edəcəyini qeyd edib.