Xəbərlər

Ali Məclisin deputatı AŞ-nin komitəsində 1-ci vitse-prezident seçildi


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Aidə Cəlilzadə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin 1-ci vitse-prezidenti seçilib.

Millinews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov rəsmi feysbuk hesabında paylaşım edib.

“Milli nümayəndə heyətimizin üzvü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin prorektoru bu gün Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin 1-ci vitse-prezidenti seçilmişdir. Dəyərli həmkarımız Aidə Cəlilzadə xanımı təbrik edirəm, dövlətimiz və millətimiz üçün xeyirli olsun”, – paylaşımda bildirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu