Xəbərlər
Daşınmaz əmlakın qeydiyyata alınmasında müsbət dinamika müşahidə olunur
Bu ilin yanvar-sentyabr aylarında 373 min 647 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Millinews.az-a bildirilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43,8 faiz çoxdur. Bu ilin 9 ayı üzrə göstəricinin 58 min 314-ü (15,6 faiz) ilkin, 315 min 333-ü (84,4 faiz) isə təkrar qeydiyyatın payına düşür. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasında müsbət dinamika müşahidə olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.