Xəbərlər

Sabiq icra başçısı şikayətini geri götürdü

vilyam

12 il azadlıqdan məhrum edilmiş İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev kassasiya şikayətini geri götürüb.

Millinews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə keçirilən iclasda məlumat verilib.

V.Hacıyev ərizəsində göstərib ki, o, şikayətə əlavələr etmək niyyətindədir. Şahin Yusifovun sədrlik etdiyi hakimlər heyəti məhkumun imtinasını qəbul edib.

Xatırladaq ki, V. Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, onun yaxınlarının adına rəsmiləşdirilmiş 5 milyon manat dəyərində əmlak da müsadirə edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu