İdman

Türkiyədən ÜZÜCÜ XƏBƏR – Vəzifəli şəxslər olan təyyarə QƏZAYA UĞRADI

Ankarada Esenboğa hava limanından havaya qalxan özəl təyyarə ilə radar əlaqəsi kəsilib.

Təyyarədə Liviya Baş Qərargah rəisinin olduğu bildirilir. Bildirilir ki, təyyarədə Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddad və onun nümayəndə heyəti olub. “Falcon Air” tipli şəxsi təyyarə ilə havaya qalxdıqdan az sonra radardan itib.

Məlumata görə, hadisədən sonra Ankara səması uçuşlar üçün bağlanıb.//Metbuat

****

Ankarada Liviya baş qərargah rəisinin də olduğu təyyarə qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, “Dassault Falcon 50” tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.

Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Hadisədən sonra Ankarada uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Türkiyə mətbuatı Ankarada hava limanı yaxınlığında partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu