Pakistanın Seçki Komissiyası mərhum general Müşərrəfin partiyasını bağlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2010-cu ildə Pakistanın keçmiş baş naziri və prezidenti general Pərviz Müşərrəf tərəfindən yaradılan Bütöv Pakistan Müsəlman Liqası (APML) Pakistan Seçki Komissiyası (SK) tərəfindən rəsmi olaraq bağlanıb və siyahıdan çıxarılıb.
Real olaraq partiya liderinin ölümündən bir ay sonra, 2023-cü ilin martında fəaliyyətini dayandırıb. O vaxtdan bəri partiyanın seçki simvoluna sahib olmaq üçün üç iddiaçı olub. Lakin onlardan heç biri Pakistan SK-ya APML-də hər hansı bir vəzifə tutmasını sübut edə bilməyib.
Nəticədə Seçki Komissiyasının sədri İskəndər Sultan Raca partiyanın Pakistanda siyasi təşkilatların rəsmi siyahılarından çıxarılması prosedurunu həyata keçirib.
Xatırladaq ki, Pərviz Müşərrəf 1999-cu ildə hakimiyyətə gələrək Pakistan Müsəlman Liqası (PML) partiyasının lideri Nəvaz Şərifi baş nazir postundan uzaqlaşdırıb, daha sonra partiyanı PMLK, PMLN və bir sıra digər kiçik siyasi partiyalara parçalayıb. Onun hakimiyyəti 2008-ci ilə qədər davam edib. Müşərrəf 2023-cü il fevralın 5-də Dubayda 79 yaşında vəfat edib.
Mənbə: rossaprimavera.ru