Xəbərlər

Fələstinə dəstək verən futbolçu ilə bağlı qərar dəyişdi

kapak 210314

“Maynts” rəhbərliyi Fələstinə dəstək paylaşımı etdiyi üçün heyətdən kənarlaşdırılan futbolçusu Ənvər Əl-Qazi ilə bağlı yeni qərar verib.

Millinews.az xəbər verir ki, 28 yaşlı oyunçunu bağışlayıb. Mərakeş əsilli futbolçunun etdiyi paylaşıma görə peşman olduğu və kluba edilən təzyiqlərdən təəssüfləndiyi bildirilib. Bu barədə klub məlumat yayıb.

Ənvər Əl-Qazi yaxın günlərdə əsas komandanın məşqlərinə qayıdacaq.

Qeyd edək ki, Əl-Qazi İsrail-Fələstin münaqişəsiylə bağlı paylaşım edib. O, paylaşımında Fələstinin azadlığa qovuşacağını yazıb. Daha sonra isə futbolçu paylaşımı silib. Onun addımı narazılığa səbəb olub. Bundan sonra klub futbolçunu əsas komandanın düşərgəsindən uzaqlaşdırıb və onunla müqaviləni ləğv edəcəyini açıqlayıb.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu