Əsirlikdə olan Aqşin niyə anası ilə danışmaq istəmədi?
“Bu gün oğlumla telefonda danışdım. Danışığı heç xoşuma gəlmədi”.
Millinews.az xəbər verir ki, bu sözləri 7 aydır Ermənistanda əsir saxlanılan hərbçi Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.
“Aqşin heç vaxt belə danışmamışdı. Aqşinin səsindən belə bildim ki, danışmaq istəmir. “Özüm üçün bir problem yaratsam, narahat olma” dedi. Elə hey sağollaşır, sanki danışmaq istəmirdi. İşgəncələrə məruz qalıblar. Bir iki kəlmə zorla danışdı. Nə şaiyədir, anlamadım. Bu gün artıq balam 7 aydır düşmənin evində nə çəkdiyini dilə gətirdi, səbrinin daşdığını açıqladı”.
Xatırladaq ki, aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər.
Ermənistan tərəfi onlara qarşı saxta ittihamlarla cinayət işi açıb. Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il, Aqşin Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da bildirək ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.