Süni intellekt müharibəyə qoşulur: Daha dəhşətli olacaq
NATO-nun keçmiş baş komandanı süni intellektin müharibələrə təsirini açıqlayıb.
Millinews.az xəbər verir ki, NATO-nun Avropadakı Silahlı Qüvvələrinin keçmiş baş komandanı, admiral Ceyms Stavridis “Bloomberg” nəşri üçün yazdığı məqalədə süni intellektin sürətlə inkişaf etdiyini və on il və ya daha az müddətdə orduya əhəmiyyətli dərəcədə təsir göstərəcəyini vurğulayıb.
O, süni intellektin müharibə üçün əhəmiyyətini ox, barıt, tüfəng, təyyarələr, sualtı qayıqlar və nüvə silahlarının yaranması ilə müqayisə edib:
“Süni intellekt qərar qəbul edən şəxslərə dərhal bütün hərbi tarixə baxmaq və döyüş üçün ən yaxşı variantı seçmək imkanı verəcək. Süni intellekt həm də logistik və texnoloji uğursuzluq nöqtələrini dəqiq proqnozlaşdıra biləcək”.
Mehti Kamiloğlu