Xəbərlər

Kişi sağlamlığı üçün ən vacib qidalar

2023 10 18 15 59

Kişi sağlamlığı üçün ən zərərli və ən faydalı qidaları həkim psixoterapevt Mixail Qinzburq açıqlayıb.

Millinews.az xəbər verir ki, həkim kişiləri daha çox meyvə, tərəvəz, göyərti yeməyə, duz və şəkəri azaltmağa çağırıb.

“Ürək-damar sistemini, fiziki-emosional vəziyyəti yaxşı saxlamaq üçün duzu azaltmaq lazımdır. Çünki orqanizmdə duz çoxluğu qadınlara nisbətən kişilərə daha çox təsir edir.

Kişilərə ikinci zərərli faktor – pis yağlardır: marqarin, trans yağ. Eləcə də pis zülal – qırmızı ət, sosis, kolbasa və s.

Kişilər sağlam qidaları sevmir, qarabaşağı, göyərtini kişi yeməyi hesab etmirlər. Amma əksinə kişilər göyərti yeməlidir ki, onda B qrup vitaminləri var. Və bu damarların tıxanmasının qarşısını alır.

Kişilər həftəlik rasionuna nələr daxil etməlidir: yağlı dəniz balığı, yaxşı bitki yağları – zeytun, kətan, tərəvəzlərdən çuğundur, kök, balqabaq, göyərti və meyvələr, eləcə də çərəzlər – onlar sink və maqniy mənbəyidir. 70% kişilərin menyusunda sağlam qida yoxdur. Buna məsul şəxslərdən biri də ana və həyat yoldaşlarıdır. Onlar masanı balanslı etməlidir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu