Xəbərlər

Sumqayıtda evə silahlı basqında öldürülən Suzananın FOTOsu

Sumqayıtda evə silahlı basqın nəticəsində 2 nəfərin qətlə yetirilib, 4 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması barədə məlumaty vermişdik.

Millinews.az xəbər verir ki, Trend hücum zamanı qətlə yetirilənlərdən ailənin qızı Suzana Karakaşın fotosunu əldə edib.

Qeyd edək ki, okytabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. Onlar qonşu olublar.

Xatırladaq ki, şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində fərdi yaşayış evinə silahlı hücum zamanı Fərəcov Dağbəyi və onun qızı Suzana Karakaş öldürülüb, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan və 1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990-cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu yaralanıb.

Sumqayıtda evə silahlı basqın nəticəsində qətlə yetirilən Suzananın FOTOsu

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu