MaraqlıİqtisadiyyatÖlkə

Minimum əməkhaqqı 594 manat olacaq?: 50-55 manat… – Böyük artımın anonsu verildi

“2024-cü ilin büdcəsinə dəyişikliklər gözlənilir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

O bildirib ki, ilin birinci yarısında neftin qiyməti kifayət qədər yüksək olub:

e85f9060 e5e2 11ed 94cb 7b24df1a5fc8

“Ona görə də dövlət büdcəsinə əlavə vəsait daxil olub. Həmin vəsaitin xərclənməsi, yönəldiləcəyi istiqamətlər müzakirə edilə bilər. Prezident İlham Əliyev azad olunmuş ərazilərdə görülən işləri sürətləndirmək, əhalinin doğma torpaqlarına qayıdışını tezləşdirmək üçün addımlara önəm verdiyini bəyan edib. İkinci vacib sahə müdafiə və təhlükəsizlikdir. Sosial müdafiə sahəsinə də ayrılan vəsaitin artırılması müzakirə oluna bilər”.

Millət vəkili Əli Məsimli isə qeyd edib ki, son 10 ilin göstəricilərindən çıxış etsək, Azərbaycanda minimum əməkhaqqı 24 faizdən 35 faizə qədər artıb:

“Bizim qoşulduğumuz beynəlxalq xartiyalar, həm də Azərbaycan hökuməti hədəf kimi göstərib ki, minimum əməkhaqqı orta əməkhaqqının 60 faizinə çatsın. Belə misalla götürəndə bizdə orta aylıq əməkhaqqı 985 manatdırsa, o indiki kimi 345 manat deyil, 60 faiz götürəndə 594 manat olması istiqamətində addımlar atılmalıdır”.

Qeyd edək ki, bəzi millət vəkilləri minimum əməkhaqqının 500 manat olması ilə bağlı çıxış ediblər. Mövcud dövlət büdcəsi buna imkan verirmi?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Cebhe TV-yə açıqlamasında bildirib ki, ümumiyyətlə, may ayının 15-dən tez olmayaraq, oktyabr ayının isə 15-dən gec olmayaraq hökumət büdcəyə yenidən baxa bilər:

“Dörd ayının yekunlarına görə ümumi daxili məhsul (ÜDM) 4.3 faiz artıb, qeyri-neft sektorunda ÜDM-nin artımı 7,7 faiz təşkil edir. İllik inflyasiya 0,7 faizdir. Bu göstəricilər normal göstəricilər sayılır və büdcəyə yenidən baxıla bilər.

Bizim büdcənin böyük kəsimi neftlə bağlıdır və 2024-cü il üçün neft 60 dollardan götürülüb. Ancaq bu il üçün dünya bazarlarında neftin qiyməti 75 dollardır. Yəni büdcədə nəzərdə tutulandan 15 dollar artıqdır. Bu da bir motivdir ki, büdcəyə yenidən baxıla bilər”.

Professorun sözlərinə görə, minimum əməkhaqqı göstəricisi büdcənin çox xərc aparan, xüsusilə əməkhaqqı və ona bərabər ödənişlərin aparılmasında bir kriteriya, ölçü vahidi kimi istifadə edilir:

“Ona görə də onun dəyişilməsi, adətən növbəti il üçün tətbiq edilir. Yəni ilin ortasında göstərici dəyişilmir. Təbii ki, büdcənin potensialı var. Hesab edirəm ki, 2025-ci ilin büdcəsində minimum əməkhaqqı, hazırkı 345 manat artırılacaq. Birdən-birə 500 manatadək artırılmasını gözləmirəm, real deyil. Təxminən 400 manadək çatdırılmasını gözləyirəm”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu