Xəbərlər

Putin Mahaçqaladakı insidentdən danışdı: Ukrayna və Qərb…

putin1

Rusiya prezidenti Vladimir Putin Şimali Qafqazda antisemitizm aksiyaları ilə bağlı iclas keçirir.

Millinews.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

İclasın əvvəlində o, oktyabrın 29-da Mahaçqala hava limanında baş verən iğtişaşların sosial şəbəkələr vasitəsilə Qərbin xüsusi xidmət orqanlarının agentləri tərəfindən təşkil edildiyini bildirib.

Putin hadisələrə görə Ukraynanı da ittiham edib.

Oktyabrın 29-u bazar günü axşam saatlarında Mahaçqala hava limanı yaxınlığında toplaşan bir neçə min insan Təl-Əvivdən gələn təyyarənin enməsinə etiraz edib. Etirazçılardan bəziləri hava limanına girib. Polislə toqquşmalarda 20-dən çox adam yaralanıb. Etirazçıların hərəkətləri respublikanın hakimiyyət orqanları, Dağıstan müftisi, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi, Rusiya Yəhudiləri Konqresi və bir çox başqa qurumlar tərəfindən tənqid edilib. Dağıstan rəhbəri Sergey Məlikov hadisəni kobud qanun pozuntusu adlandırıb və iğtişaşlarla bağlı bir neçə cinayət işinin açıldığını deyib.

Məlikov Mahaçqala hava limanında baş verən iğtişaşları respublikada “vəziyyəti destabilizasiya cəhdi” adlandırıb. Onun iddiasına görə, iğtişaşlara xaricdən, o cümlədən “Ukraynayönlü Telegram kanalları” vasitəsilə nəzarət edilib: “Dağıstanda vəziyyətin sabitliyini pozmaq cəhdləri, o cümlədən millətlərarası nifrət və konfessiyalararası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu