“Evimə görə, qadınlar mənə evlilik təklifi edirlər”
“Bizdə çox gözəl qadınlar var. Baxıram və fəxr edirəm ki, bizim belə gözəl qadınlarımız var. Amma cavanlara baxıb qaçıram. Çünki onlar başqa cürdürlər. Onların zövqləri korlanıb. İndi zamanə başqadır”.
Millinews.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.
78 yaşlı sənətkar bildirib ki, həyat yoldaşı Röya xanımı itirəndən sonra bır sıra qadınlar ona evlənmək təklifi ediblər:
Bu yaxınlarda qadınlardan biri mənə evlilik təklifi etdi. Söylədi ki, Cavan müəllim gəlin evlənək. Özü də baxırsan, həmin qadın çox gözəldir. Deyir ki, sabah sizinlə zəngləşək. Amma mən bilirəm ki, o mənə bu təklifi evimin olduğuna görə edir”.
Qeyd edək ki, Cavan Zeynallı 2 dəfə ailə həyatı qurub. İlk dəfə Moskvada evlənən sənətkarın 1981-ci il təvəllüdlü Nataşa adlı bir qızı vardır. Musiqiçi ikinci dəfə 1996-cı ildə Röya xanımla ailə həyatı qurub. C. Zeynallının həyat yoldaşı Röya xanım ötən ilin dekabr ayında iflicdən dünyasını dəyişib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.