Maqazin
Mənə niyə fəxri ad vermirlər? – Manaf küsdü
“60 yaşım var. 40 ildir ki, meydandayam”.
Bu sözləri müğənni Manaf Ağayev müsahibələrinin birində deyib.
O, “Əməkdar artist” fəxri adına layiq olduğunu bildirib: “Titul kimi, əziyyətimin bəhrəsi kimi istəyərəm o adı alım. Düzdür, bu, mənim nə şəxsiyyətimi dəyişəcək, nə də sənətimi. Amma insan uman yerdən küsər də… Mən titulumu istəyirəm” (bakivaxti.az).