Kilosu 3 min avro olan “qara brilyant”ın möcüzəvi faydaları
Trüf dünyanın ən bahalı göbələk növlərindən biridir. Kiloqramı 3 min avroya qədər olan trüf göbələkləri güclü ətir və dada malikdir. Trüf göbələyini qiymətli edən təkcə ləzzətli olması deyil, həm də insan sağlamlığı üçün bir çox cəhətdən faydalı olmasıdır.
Millinews.az xəbər verir ki, trüf göbələyi vitamin və mineralların zəngin mənbəyidir. Tərkibində A, B, C və D vitaminləri, dəmir, sink, fosfor və kalium kimi minerallar var.
Bahalı, eyni zamanda müalicəvi qida kimi tanınan bitkinin faydaları nələrdir?
Antioksidan xüsusiyyətlərə malikdir. Trüf sərbəst radikalların zərərli təsirlərini azaltmağa kömək edən antioksidanları ehtiva edir.
Xərçəng riskini azalda bilər. Trüf xərçəng hüceyrələrinin böyüməsini və yayılmasının qarşısını alır.
Ürək sağlamlığını dəstəkləyir. Trüf xolesterin səviyyəsini aşağı salmağa və qan axınını yaxşılaşdırmağa kömək edən antioksidanlarla zəngindir.
Trüf immuniteti gücləndirməyə kömək edir.
Həzmi yaxşılaşdırır. Trüfün tərkibində həzm sisteminin düzgün işləməsini təmin edən lif var.
Dərinin sağlamlığını qoruyur, dəri hüceyrələrini bərpa etməyə və dərinin yaşlanmasını gecikdirməyə kömək edən antioksidanları ehtiva edir.
Göbələk necə istifadə olunur?
Trüf göbələkləri adətən çiy istehlak olunur. Bununla belə, bişmiş halda da istifadə edilə bilər. Trüf göbələkləri salatlar, makaronlar, risottolar və ət yeməklərində istifadə edilə bilər.
Dünyada “qara brilyant” kimi tanınan göbələkləri İspaniya, Fransa, İtaliya və Türkiyə də daxil olmaqla Aralıq dənizi iqlim qurşağında təbii şəkildə bitir.
Zərərləri varmı?
Trüf ümumiyyətlə təhlükəsiz qidadır. Ancaq bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Trüf allergiyasının simptomlarına qaşınma, səpgi, şişlik və təngənəfəslik daxildir.