Bu giləmeyvə min bir dərdin dərmanıdır
Quşüzümü dadlı və faydalı giləmeyvədir. Çox faydalı və müalicəvi xassələrə malikdir.
Millinews.az sağlamolun.az-a istinadən quşüzümünün bəzi sağlamlıq faydalarını təqdim edir:
– Tərkibində C vitamininin yüksək miqdarı qeyd olunur. Eyni zamanda B qrupu vitaminləri, karotin və çoxlu faydalı minerallar, efir yağı, РР var. Dəmir, kalium, maqnezium, sink, bor, yod, mis, gümüş, manqan da tərkibində yetərincədir.
– Daxilindəki bioloji aktiv maddələrə görə qara qarağatdan başqa heç bir giləmeyvə quş üzümü ilə müqayisə oluna bilməz. O, maddələr mübadiləsini normallaşdırır və müxtəlif xəstəliklərə qarşı orqanizmin müqavimətini gücləndirir.
– Xalq arasında quşüzümü tənəffüs orqanlarının müalicəsində istifadə olunur. Hələ qədim zamanlardan quşüzümü şərbəti qızdırmasalıcı kimi tanınırdı.
– Tərlədici və sidikqovucu vasitə kimi də istifadə olunur. Bu tədqiqatlar sübut etmişdir ki, giləmeyvə antibiotiklərin təsirini bir neçə dəfə gücləndirməyə qadirdir.
– Quşüzümü şirəsi zəhəri orqanizmdən çıxarmağa imkan verir.
– Damaq iltihabı, ağız boşluğu və digər xəstəliklərin dərmanıdır.
– Quşüzümünün istifadəsi zamanı böyrək və bağırsaq sisteminin fəaliyyəti yaxşılaşır.Quşüzümünün tərkibində sidik kisəsi infeksiyalarının qarşısını almağa kömək edən maddələr vardır.
-Tədqiqatlar sübut edir ki, təzə quşüzümü və quşüzümü şirəsi xolesterinin miqdarını normallaşdırır. Həmçinin, qan damarlarda qanın laxtalanmasının qarşısını alır. Quşüzümünündən müntəzəm istifadə damarların elastikliyini artır.
– Quşüzümü immuniteti artırır, iştahı yaxşılaşdırır. Bu isə çox faydalıdır.
– Quşüzümünün şərbətini içmək insana gümrahlıq verir, yorğunluğu azaldır, bu zaman fəallıq və işgüzarlıq artır.
– Vərəm, genekoloji xəstəliklər zamanı quşüzümünün şərbəti tövsiyə edilir.
– Anemiyanın müalicəsində quşüzümü şirəsi də faydalıdır.
– Şəkər xəstəliyində də istifadə etmək məsləhətlidir.
– O, mədəaltı vəzin funksiyasını stimullaşdırır.
– Quşüzümününün müalicəvi təsiri oynaq xəstəlikləri zamanı məlum olmuşdur.Quşüzümü antioksidantlarla zəngindir, ona görə də keçmişdə onun gənclik giləmeyvəsi adlandırırdılar.
– Quşüzümünün şərbəti soyuqdəymənin müalicəsində əvəzsiz vasitədir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.