Ölkə

Bu sürücüləri 2500 manata qədər cərimə gözləyir


Avtomobildə musiqiyə yüksək səslə qulaq asanlar böyük məbləğdə cərimə ediləcəklər.

Çünki musiqinin yüksək səslə dinlənilməsi bir çox hallarda digər insanların narahatlığına səbəb olur.

Metbuat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, yüksək səslə musiqi dinlənilməsi ilə bağlı məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində öz əksini tapıb. Lakin burada bəzi incəliklər var. Həmin maddədə qeyd olunub ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 12-dən 7-dək maqnitofonları və digər aparatları gur səslə oxutmaq, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsullarla da pozmaq olmaz.

Bəs bu əmələ görə sürücüləri konkret olaraq hansı məsuliyyət gözləyir?

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, bu xətaya yola verən şəxslər ən çox 2500 manata qədər cərimə edilə bilərlər.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isə deyir ki, yol polisi belə sürücülərə qarşı nəzarəti artırıb.

Daha ətraflı videoda:






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu