Xəbərlər
Polis vətəndaşlardan 3 qumbaranı təhvil götürdü
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi və tapılması ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyindən Millinews.az-a verilən xəbərə görə, noyabrın 7-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ov tüfəngi, 3 qumbara, 12 ədəd müxtəlif çaplı patron və güllə atmaq üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanan əşya təhvil götürülüb, həmçinin, 3 ov tüfənginin tapılması təmin edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 5 vətəndaşdan 6 ov tüfəngi aşkar edilərək götürülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.