Güclü stressdə olduğunuzu göstərən bədən əlamətləri
Əgər bu əlamətlər varsa, düşündüyünüzdən də artıq və güclü stress altındasınız.
Millinews.az medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər xroniki stressin psixi sağlamlıqdan əlavə, bədən sağlığını da pozduğunu bildirir.
Alimlər stressin fiziki əlamətlərini açıqlayıb.
– Xroniki baş ağrısı – stress baş, boyun əzələlərinin spazmını yaradır ki, bu da ağrıya səbəb olur;
– Yuxusuzluq və enerjisizlik – bu daha çox işdən qaynaqlanır;
– Cinsi istəyin azalması – qadınlar bundan daha çox əziyyət çəkir;
– Dəri problemi – stressdə olan insan tez-tez çirkli əllərini üzünə sürtür, bu da dəri infeksiyası və sızanaqlara səbəb olur;
– Mədə problemləri – stress qastrit, qəbizlik, diareya, digər həzm problemlərinə səbəb olur;
– Saç tökülməsi – stressdən saçlar zərər görür.