Xəbərlər

Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır


Oktyabrın 27-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Elm və Təhsil Nazirliyindən Millinews.az-a bildirilib ki, oktyabrın 27-28-də müsahibə mərhələsində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.

Digər namizədlərə müsahibə mərhələsinin qrafiki barədə mərhələli şəkildə məlumat veriləcək.

Qeyd edək ki, müsahibə mərhələsi əyani formatda Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu