Xəbərlər
İranın Naxçıvandakı baş konsulu Şərqi Azərbaycan valisi ilə görüşdü
İranın Naxçıvandakı baş konsulu Şərqi Azərbaycan valisi ilə görüşüb.
Millinews.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, Şərqi Azərbaycan valisi Abidin Xürrəm İranın Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni ilə görüşdə Şərqi Azərbaycan əyaləti və Azərbaycan Respublikası arasında 200 kilometrdən çox sərhədin olmasına toxunaraq, bu əyalətlə Qafqaz regionu ölkələri arasında əlaqələrin inkişafı üçün mövcud imkandan maksimum istifadə edilməsini önəmli sayıb.
Görüşdə Şərqi Azərbaycan əyaləti ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında biznes, nəqliyyat və ali təhsil sahəsində əlaqələrin vəziyyətinə dair valiyə məlumat verilib.