Xəbərlər

Fransada Qərbi Azərbaycanla bağlı İctimai Birlik yaradıldı


Fransada Ermənistandan deportasiya olunmuş azərbaycanlılar tərəfindən “Qərbi Azərbaycanlıların İrsinin Qorunması və Qayıdış Hüququ” İctimai Birliyi yaradılıb.

Millinews.az xəbər verir ki, təşkilatın əsas məqsədi Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni irsin dağıdılmasının qarşısının alınması, beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi və qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına sülh yolu ilə qayıtmasına dəstək olmaqdan ibarətdir.

“Association pour la Protection du Patrimoine et le Droit au Retour des Azerbaïdjanais Occidentaux” adı ilə rəsmi qeydiyyata alınan təşkilatın həmtəsisçisi əslən İrəvandan olan Zaur Sadıqbəylidir.

İctimai birliyin yaradılması beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlılığın artırılması işinə töhfə verəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu