“Azərbaycan əsgərinin üzərində adı və məlumatları yazılan jeton daşımasının mənfi tərəfləri də var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin üzərində adı və məlumatları yazılan jeton daşıması müsbət haldır”.
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Məhkəmə-tibbi ekspertizası proqramının koordinatoru Melahet Elif Günce qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, həmin jetonlar şəhid olan hərbçilərin şəxsiyyətinin dəqiqləşdirilməsinə yardımçı olur:
“Amma bəzən bunun mənfi tərəfləri də üzə çıxır. Əsgər yanında şəhid olan yoldaşlarının jetonunu ailəsinə vermək üçün götürə və sonradan özü də şəhid ola bilər. Bu zaman bəzi əsgərlərin üzərindən jeton çıxmır, bəzilərinin isə üzərində bir neçə jeton aşkarlanır. Bu işimizi çətinləşdirə, prosesi uzada bilər. İstənilən halda jetonlardan istifadəyə Azərbaycan tərəfi çox önəm verir və bu müsbət məqamdır”.
Aysel Aslan